Gürcüstanda Azərbaycan dilli məktəb tikilir


01:20     10 İyul 2018 18_07_09_1531153898.jpg


Gürcüstanda Azərbaycan dilli məktəbin tikintisinə başlanılıb

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycan dilli ictimai məktəbin inşasına start verilib.

Marneuli rayon başçısı səlahiyyətlərini icra edən Zaur Tabatadze, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər məktəbin tikinti prosesi və layihəsi ilə tanış olublar.

196 şagird üçün nəzərdə tutulmuş məktəbin inşasının 2019-cu ilin aprel ayında başa çatacağı nəzərdə tutulub. Tikinti işlərinə dövlət büdcəsindən 1 514 760 lari vəsait ayrılıb.

Qeyd edək ki, Marneulidə 1 saylı Azərbaycan dilli məktəbin binası 2016-cı ilin aprelində yararsız olduğundan sökülüb. Məktəbin müəllim və şagirdləri rayonunun 8 saylı məktəbinə köçürülüb./APA

Femida.az

Açar sözlər:

Oxunub: 467