Türkiyəli hakim DÇ-2018-in yarımfinalına təyinat aldı


02:26     10 İyul 2018 18_07_09_1531159019.jpg

FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçının hakimlər briqadasını təyin edib.

Femida.az xəbər verir ki, iyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.

Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahəttin Duran və Tarık Onqun, həmçinin dördüncü hakim – hollandiyalı Byorn Kuypers köməklik edəcək.

Femida.az

Açar sözlər: #futbol  

Oxunub: 456