Azərbaycana turist axını olacaq
13:12 10 İyul 2018
2018-ci ilin yay mövsümündə Azərbaycana turist axını ötən ilin eyni dövrü ilə müqayisədə artacaq.
Bunu Femida.az-a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, ölkəyə əsas turist axını ərəb ölkələrindən gözlənilir:
"Artıq ölkədə, əsasən, regionlarda böyük sayda mehmanxana nömrələri bronlanıb. Qəbələ, Şəki və Quba kimi kurort zonaları tam dolub. Turistlər ötən il olduğu kimi bu il də əsasən ərəb ölkələrindən gəlir. Ümumilikdə gözlənilir ki, ərəb ölkələrindən turistlərin sayı digər ölkələrdən gələnlərin sayından çox olacaq. Amma qeyd etmək lazımdır ki, Azərbaycan hər il Avropa, Asiya və Amerikadan gələn turistlər üçün daha çox cəlbedici olur. Bu il Səudiyyə Ərəbistanından turistlərin sayının əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Bunun səbəbi iki ölkə arasında bir neçə birbaşa reysin açılmasıdır".
Azərbaycanlı turistlərin əsas gediş istiqamətlərindən danışan N.Bağırov Türkiyə, Gürcüstan və Monteneqronu qeyd edib:
"Təyyarə ilə səyahət edən azərbaycanlı turistlər üçün əsas istiqamət Türkiyə, xüsusilə İstanbul, Bodrum, İzmir və Antalyadır. Daha sonra Avropa ölkələri, əsasən də ölkəmizlə birbaşa aviaəlaqəsi olan Monteneqro gəlir. Yerüstü nəqliyyatla səyahət edən turistlərə gəlincə, əsas turist axını bu yay Gürcüstana gedəcək. Bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycan daxilində olan hotel və istirahət mərkəzləri artıq dolub. Gürcüstan isə yerüstü nəqliyyatla getmək mümkün olan ən yaxın ölkədir".
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycana yaz fəsli gəlib
- Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək