Ərdoğan Bakıdadır - FOTOLAR


17:06     10 İyul 2018 2018/07/15312-4593638652_3062427332.jpg

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.





***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gələcək.

Femida.az xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə saat 10:00-da Esenboğa hava limanından Azərbaycana səfərə yola düşəcək.

Türkiyə prezidenti səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Bakı səfərindən sonra Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.

Femida.az

Açar sözlər: #Ərdoğan   #Bakı   #NATO  

Oxunub: 1793