Şirvanda toy yasa çöndü - Adam öldürüb qaçdı
14:30 10 İyul 2018
Şirvanda toyda qətli törədən şəxs hadisə yerindən qaçıb.
Femida.az-ın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə baş verən qətl hadisəsini törədən şəxsin qaçdığı məlum olub.
Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.
Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləçdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.
Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 785
Oxşar xəbərlər
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
- Şirvanda bacısını öldürən 54 yaşlı kişinin cinayət işi məhkəməyə göndərilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şirvan şəhərində yataqxanada yanğın olub, sakinlər təxliyə edilib
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Şirvan sakinindən silah-sursat və narkotik vasitə götürülüb
- Şirvan sakini bacısını öldürərək basdırıb