Biləsuvardakı insidentlə bağlı RƏSMİ açıqlama


15:24     10 İyul 2018 gullelenme5.jpg

Biləsuvar rayon sakini qohumunu güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, iyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu Valeh Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət aldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə V.Hüseynov saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1719