Şabranda QƏTL - Həkimlər bıçaqlanmış kişini xilas edə bilmədilər


15:58     10 İyul 2018 xestexana_012541.jpg

DİN-dən Femida.az-a verilən məlumata görə, iyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Açar sözlər:

Oxunub: 791