Göygöldə bir ailənin 7 üzvü qəzaya düşdü - 3 ölü, 4 yaralı


19:12     10 İyul 2018 Qeza2.jpg

Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb.


Femida.az-ın məlumatına görə, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Qəza Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində sürücü Fuad Aydınzadə, 1963-cü il təvəllüdlü Bənövşə Aydınzadə və 7 aylıq Nuray Yadınzadə ölüb. 1995-c5 il təvəllüdlü Aydınzadə Nuranə, 1987-cü il təvəllüdlü Aydınzadə Nİgar, 2008-ci il təvəllüdlü Aydınzadə Əli və 2011-ci il təvəllüdlü Aydınzadə Zəhra yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər: #Göygöl   #Balçılı   #Qəza  

Oxunub: 870