Qubada hoteldə kanatın qırılması ilə bağlı TƏFƏRRÜAT məlum oldu
19:22 10 İyul 2018
Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub.
Femida.az xəbər verir ki, hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın "SCADA stroy" montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.
İyulun 9-da şirkətin iş icraçısı, 1959-cu il təvəllüdlü, Qazaxıstan vətəndaşı Nikolay Nikolayeviç Likvinenko və onunla birlikdə işləyən 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu, 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu və 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu tərəfindən kanat xəttinin təmiri davam etdirilərkən, xəttin bərkidildiyi dəmir tros qırılaraq R.İsayev, R.Əliməmmədov və R.Həsənova dəyib.
Hadisə nəticəsində R.İsayevin sağ alın nayihəsi, burun və sağ bazu sümüyü sıyrılıb, sağ bud sümüyü sınıb. Hadisə zamanı R. Həsənovun sol baldır nayihəsi sıyrılıb, R. Əliməmmədovun isə sol kürək sümüyü sınıb.
Yaralılar dərhal Quba rayon Mərkəzi Xəstəxanasına aparılsa da, Rüzgar İsyev aldığı xəsarətlərdən yolda dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.
Məlumatda qeyd edilib ki, kanat xətti hotelin istirahət ərazisindən kənarda olduğundan hadisə nəticəsində turistlərdən xəsarət alan olmayıb.
R.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.
Femida.az
Oxunub: 969
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb
- Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, ölən var
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- Qubada 35 yaşlı kişi qətlə yetirilib