Banka basqın edən şəxsə 10 il cəza verildi


20:07     10 İyul 2018 hebs%20omur.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirlən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nazim Məmmədov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı sakini Nazim Məmmədov bu il yanvarın 18-də "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb edib.

Femida.az

Açar sözlər:

Oxunub: 356