Orduya ayrılan vəsait artıb


00:10     02 Oktyabr 2015 6d2d7ed4154b2.jpg

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitin həcmi artıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2015-ci il tarixədək 67.000.811,11 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən,Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Açar sözlər:

Oxunub: 726