13 idmançımız dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb


00:11     11 İyul 2018 dopinq.jpg

Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalanıb.


Femida.az -ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytında bildirilir. İdmançılardan 7-si güləşçi, 4-ü boksçu, qalanları isə ağırlıqqaldıran və taekvondoçudur.

Güləşçilərdən Qurban Qurbanov, Şəhriyar Məmmədov, Heydər Abdullayev, Mansur Şahinov, Xalid Əlizadə və Sübhan Muradov 48 ay, Təbriz Yusubzadə 24 ay, boksçulardan Ağalar Sadıqzadə, Fərid Qasımzadə və Elvin Qəmbərov 48 ay, Mirqadir Miriyev 24 ay, ağırlıqqaldıran Cəbrayıl Abzərli 48 ay, taekvondoçu Ülvi Mustafayev 24 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Açar sözlər:

Oxunub: 537