Yaponiyada daşqında ölənlərin sayı 157 nəfər oldu
00:15 11 İyul 2018

Yaponiyada güclü yağışlar və daşqınlar səbəbindən ölənlərin sayı artaraq 157 nəfərə çatıb.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 57 nəfər haqda isə məlumat yoxdur.
Xatırladaq ki, ötən həftə sonu Yaponiyanın cənub-qərb əyalətlərində yağan güclü yağışlar daşqınlara səbəb olub. Daha çox təbii fəlakətdən əziyyət çəkən şəhər Xirosimadır. 5,9 milyondan çox insan evakuasiya olunub.
Oxunub: 197