Masallıda üç nəfər göldə boğulub


00:30     11 İyul 2018 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg

Masallı rayonunda üç nəfər göldə boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Miyənkü kəndi ərazisində baş verib.

Məlumata görə boğulan şəxslər ana, oğul və onların digər qohumudur. Dünyasını dəyişənlərin meyitləri sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Açar sözlər:

Oxunub: 1093