Ronaldu “Yuventus” klubuna keçib

Ronaldu “Yuventus” klubuna keçib

00:44     11 İyul 2018 18_07_10_1531239601.jpg

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” klubuna keçidi rəsmiləşib. Femida.az-ın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun rəsmi saytı açıqlayıb.

Madridlilər 2009-cu ildən klubun şərəfini qoruyan hücumçunun Turin təmsilçisinə keçdiyini elan edib. Lakin transferin rəsmi məbləğini açıqlamayıb.

İspaniyanın “Marka” nəşri 438 oyunda 451 qol vuran Ronaldunun keçidinin 105 milyon avroya rəsmiləşdiyini iddia edir.

Açar sözlər:

Oxunub: 756