Bəy öz bal ayında öldü - Səbəbi sonradan bilindi


01:38     11 İyul 2018 18_07_10_1531242593.jpg

İngiltərədə yeni evlənən cütlüyün bal ayı faciə ilə bitib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni ailə qurmuş 33 yaşlı Eymi ilə 31 yaşlı Alan Simms bal ayı üçün Afrikanın Yaşıl Burun Adalarına yollanıblar. Birlikdə 2 gün keçirən ərlə arvad 3-cü gün gözləmədikləri hadisə ilə üzləşiblər. Anası ilə telefonda danışan Alanın halı qəfil pisləşib. Dincəlmək üçün otağına gedən Alan otelin tibb bacılarının köməyi ilə bütün gününü yataraq keçirib.

4 saat nəzarətdən sonra səhər saatlarında yenidən halı pisləşən Simmsi xəstəxanaya aparıblar. Əvvəlcə onun zəhərlənməsindən şübhələniblər. Ancaq halı daha da pisləşən Alan keçinib. Onun nədən öldüyü isə müəmmalı qalıb. Eymi İngiltərəyə geri göndərildikdən 2 gün sonra ərinin tibbi ekspertizadan sonra ölüm səbəbini öyrənə bilib.

Məlum olub ki, Alan 19 yaşında beyin xərçənginə tutulubşmuş. Bu dəfə ciyərlərinə yayılan xərçəng son mərhələyədək hiss edilməyib və Alan keçirdiyi gizli xərçəng xəstəliyi səbəbindən ölüb

Açar sözlər:

Oxunub: 1626