Azərbaycan Yaponiyaya xalça satacaq


01:44     11 İyul 2018 18_07_10_1531242703.jpg

Azərbaycan Yaponiyaya xalça satacaq. Artıq Yaponiyaya yerli xalça nümunələrimiz göndərilib. Həmçinin Azərbaycanda xalça fabriklərinin sayı da artırılır. İki ilə Azərbaycanda xalça fabriklərinin sayı 30-yə çatdırılacaq


Femida.az bildirir ki, Azərbaycan özünü xalça ilə təmin etməklə yanaşı, hətta xarici ölkələrə də xalça ixrac edəcək. Artıq dünyanın bir sıra ölkələri azərbaycan xalçasını almaq istəyirlər və bununla bağlı hətta müraciətlər də var. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov belə deyib.

Bütün bunlar nəzərə alınaraq azərbaycanda fəaliyyət göstərən xalça fabriklərinin sayı artırılır. 2020-ci ilə qədər Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatdırılacaq. Həmçinin regionlarda yun tədarükü məntəqələri də tikilir".

Vidadi Muradovun sözlərinə görə, xalça fabriklərində işləmək üçün kurslar da təşkil edilir. Kursu uğurla başa vuranlar fabriklərdə çalışmağa başlayırlar

Açar sözlər:

Oxunub: 604