Pakistanda terror hücumu - Ölənlərin sayı 12-ə çatıb


13:08     11 İyul 2018 2018/07/596801F5-FE67-4FBA-BBAF-BEFF107B9CE4_1531285314.jpeg

Pakistanda terror aktında ölənlərin sayı 12-ə çatıb, daha 35 nəfər yaralanıb. Bu barədə Femida.az "Pakistan Today" qəzetinə istinadən xəbər verir.

Hadisə ölkənin Peşavar şəhərində baş verib. Qeyd olunur ki, terrorçu Avami Milli partiyasının məclisi zamanı hücum törədib.

Ölənlər arasında partiyanın lideri Xarun Bilur və onun oğlu Daniyal Bilur da var. Yaralananlar yerli xəstəxanaya çatdırılıb, onlardan bəziləri kritik vəziyyətdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 395