Gəncə hadisələrində Taleh Bağırzadə söhbəti - Boşboğaz kimdir?


15:23     11 İyul 2018 2018/07/137_1531294539.jpg

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.


Femida.az xəbər verir ki, Gəncədəki hadisələr baş verən zaman olay yerindən təxribat xarakterli, qızışdırıcı video yayan “Hədəf14” saytının əməkdaşı Xatun Etibarqızı saxlanılıb və polisə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Lakin ötən gün iğtişaşlardan sonra jurnalist Xədicə İsmayıl həmkarı Xatun Etibarqızının Nardaran hadisələrinə görə həbs edilən Taleh Bağırzadə əleyhinə ifadə verdiyini yazıb:

“Gəncədən videonu çəkən, polislərin bıçaqlandığını deyən, amma göstərməyən qızın Tale Bağırzadəyə qarşı ifadə verdiyi barədə məlumat var. Nə oyundur bu?!”





Xatun Etibarqızı isə Xədicə İsmayılın dediklərinin həqiqəti əks etdirmədiyini və Taleh Bağırzadəyə qarşı ifadə vermədiyini yazıb.

“Bəziləri yazıb ki, guya mən Hacı Taleh əleyhinə ifadə vermişəm. Yalançının dədəsinə lənət, Hacı Talehlə elə bil bir yerdə böyümüşəm, sirlərini bilirdim, əleyhinə işlətmişəm. Bu şəxslər haqqında verilən ifadələr hüquq-mühfizə orqanları tərəfindən gizli qeydə alınır. Bu boşboğazlar mənim ifadəmi hardan oxudular?"



Qeyd edək ki, Taleh Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.


Oğuz Altay
Femida.az

Açar sözlər: #Gəncə   #hadisələr   #kriminal   #Elmar_Vəliyev   #Mitinq  

Oxunub: 9128