Erməni hərbçi qəza törətdi - Yaralılar var

Erməni hərbçi qəza törətdi - Yaralılar var

15:43     11 İyul 2018 2018/07/s1(20-1531294823_1531295049.jpg

Ermənistanın Tavuş rayonunda baş verən dəhşətli yol qəzasında bir nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

Femida.az “shamshyan.com”-a istinadən xəbər verir ki, qəzanı törədən sürücü Ermənistan ordusunda müqavilə əsasda xidmət keçən hərbi qulluqçudur. Ölən isə onun həyat yoldaşıdır. Hərbi qulluqçunun bacısı və iki uşağı isə ağır xəsarət alıb.

Qəza yerinə polis və xilasetmə qüvvələri cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Tavuş rayonu Ermənistanda ən çox qəza və cinayətlərin törədildiyi ərazilərdəndir. Burada yerləşən hərbi hissədə isə mütəmadi olaraq əsgərlərin inhihar etdiyi, yaxud döyülərək öldürüldüyü bildirilir.

Femida.az

Açar sözlər: #Erməni   #hərbçi   #qəza   #Tavuş  

Oxunub: 244