Orta aylıq əmək haqqı artıb
15:47 11 İyul 2018
2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1 mln. 545,4 min nəfər olmub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 541 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Femida.az
Oxunub: 493
Oxşar xəbərlər
- Orta məktəb müəllimi koronavirusdan vəfat edib
- Orta məktəbdən oğurluq edildi
- Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu
- Orta aylıq əməkhaqqı artıb - Naxçıvanda
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta yaşlı qadını avtomobil vuraraq öldürüb
- Orta aylıq əməkhaqqı 819 manat oldu - Bakıda
- Orta yaşlı kişini avtomobil vurub
- Orta yaşlı kişi toyda öldü