Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında qaldırıldı

Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında qaldırıldı


17:36     11 İyul 2018 2018/07/atet-1_1531301944.jpg

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının son günündə Berlin bəyannaməsi qəbul edilib.


Femida.az-ın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyannamədə BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn, insan haqlarının və qanunun aliliyinin əsas prinsiplərinə sadiqliyin vacibliyi qeyd edilib.

Sənəddə Gürcüstan, Moldova və Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilərək münaqişələrin həlli üçün yeni səylər göstərilməsinə dair çağırış yer alıb. Bundan əlavə, Bəyannamədə münaqişə zonalarında və işğal olunmuş ərazilərdə, o cümlədən Cənubi Qafqaz, Ukrayna və Kiprdə insan hüquqlarının pozulması hallarının araşdırılmasının zəruriliyi də vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 235