Daşkəsəndə silahlı İNSİDENT


18:43     11 İyul 2018 silah47.jpg

İyulun 10-da Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, nəticədə E.Məmmədov yüngül xəsarət alıb. S.Məmmədov Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülüb.

Femida.az

Açar sözlər: #Daşkəsən   #silahlı   #insident  

Oxunub: 534