Bakıda yol polisi maşını qəzaya düşdü


18:52     11 İyul 2018 polis%20bomba.jpg

Bakıda yol polisi avtomobili qəzaya uğrayıb.


Femida.az-ın məlumatına görə, hadisə “28 May” metrostansiyası yaxınlığında baş verib.

Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 413 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 90 ZX 636 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Femida.az

Açar sözlər: #polis   #avtomobil   #metro  

Oxunub: 405