Şəmkirdə meşə yanğını söndürüldü - YENİLƏNİB


01:20     12 İyul 2018 mese%20hirkan%20ark.jpg

Şəmkirdə meşə yanğını söndürülüb.

FHN-dən Femida.az-a verilən məlumata görə, Yuxarı Seyfəli kəndində meşə zolağında baş vermiş yanğın DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülüb.

Əlavə məlumat veriləcək.

***


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.


FHN-dən Femida.az-a bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Meşə   #Şəmkir   #Yanğın   #FHN  

Oxunub: 808