Prezident Əşrəf Qani ilə görüşüb - Yenilənib
23:54 11 İyul 2018
İyulun 11-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirdi.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.
Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını bildirdi.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulandı.
Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edildi.
Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib