Polisləri qətlə yetirən şəxslərlərə bağlı şok məlumatlar: Doğma anasını da öldürübmüş


21:38     11 İyul 2018 18_07_11_1531316564.jpg

Bu gün, demək olar ki hər dairədə elita və ya taksi sürücüləri arasında dünən axşam saatlarında Gəncədə baş verən hadisələrin detalları müzakirə edilir.



Rəsmi yayılan məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərmişlər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Bu şəxslərin bioqrafiyası haqqında bəzi maraqlı faktları göstərək:

Doğma anasının qatili və oğru


Rəşad Böyükkişiyev (1988-ci il təvəllüdlü) iki dəfə məhkumluq həyatı yaşayıb. 2007-ci ildə o, doğma anasının qətlində təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum olunub.İkinci dəfə o, cinayət məsuliyyətinə Rusiyada cəlb olunub. Ona qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

Cinayətkar və dələduz

Fərrux Qasımov cinayət mühitinin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 2016-cı ildə o,xuliqanlıq məqsədilə ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətində azadlıqdan məhrum edilib.

Həyat yoldaşının qatili

Mahir Bəyalıyev – sosial şəbəkələr vasitəsilə Gəncə küçələrində qanunsuz aksiyaların və zorakılığın əsas təhrikçilərindən biridir.

O, polislərin qətlinə çağıran təxribat xarakterli postlar dərc edib. Bəyalıyevin belə postlarından birini diqqətinizə çatdırırıq:

“Qardaşlar, polisləri öldürmək vaxtı gəlib çatdı. Əgər biz silahlı dəstələr yarada bilsək, bizi qələbə gözləyir. Birləşmək və polislərə dərs keçmək lazımdır”.

Radikal əhval-ruhiyyəli Bəyalıyev hətta onun baxışlarını bölüşməyən keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirib.

Ən təəccüblüsü isə odur ki, kriminal anlayışlarla hərəkət edən bu adamlar din pərdəsinə bürünüblər... Gəncədə qanunsuz etiraz aksiyaları zamanı çəkilmiş videokadrlarda ərəb dilində cümlələr və əsasən də “Allahu Əkbər” şüarları çox aydın eşidilir...

Gəncədə çəkilmiş kadrlara əsasən demək olar ki, qanunsuz etiraz aksiyasının iştirakçılarının geyimlərini nəzərə almasaq, asanlıqla İŞİD nümayəndələri ilə qarışıq salmaq olardı.

Femida.az

Açar sözlər:

Oxunub: 1795