Fermerlər nazirlik xətti ilə 1,5 mln. manat güzəştli kredit verilib

Fermerlər nazirlik xətti ilə 1,5 mln. manat güzəştli kredit verilib

21:53     11 İyul 2018 fermerler.jpg


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin bu il azərbaycanlı fermerlərə ayırmaq istədiyi 10 mln. manat vəsaitin 1,5 mln. manatı artıq ünvanına çatıb.

Bu barədə Xidmətin rəisi Mirzə Əliyev məlumat verib.

Onun sözlərinə görə, həmin güzəştli kredit 40 fermerə verilib: “Həmin fermerlər ölkənin 20-dən çox rayonunda əkinçilik, maldarlıq və qablaşdırma ilə məşğuldur”.

M.Əliyev qeyd edib ki, rəhbərlik etdiyi qurum vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2%-lə verir, onlar isə fermerlərə illik 7%-lə ayrılır.

“Məqsədimiz illik faiz dərəcələrinin daha da azaldılmasıdır. Hazırda bizim qurumla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu da sahibkarlara güzəştli kreditlər verir. Bazar araşdırması aparırıq və məqsədimiz potensialı artırmaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirməkdir"./report

Femida.az

Açar sözlər:

Oxunub: 221