Məmmədyarov həmsədrlərlə görüşüb


23:13     11 İyul 2018 2018/07/4B636742-6BEA-4FB6-84BD-AE2C03F33AFB_1531322116.jpeg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Femida.az-ın xəbərinə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 389