Vasif Talıbov yeni təhsil naziri təyin edib


00:22     12 İyul 2018 2018/07/89D380F9-771E-4FFF-B558-A1161BAB5DBE_1531326087.jpeg

Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Femida.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 660