Xızıda kütləvi dava - Yaralılar var


00:37     12 İyul 2018 dava.jpg

Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

Femida.az xəbər verir ki, hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

Hadisə nəticəsində 2 nəfər - 1986-cı il təvəllüdlü Elbrus Əbülfəz oğlu Atakişiyev və 1990-cı il təvəllüdlü Orxan Yusif oğlu Bayramov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 446