FHN dənizdə batan 2 nəfəri xilas edib


02:19     12 İyul 2018 2018/07/F56EDC11-38F7-4891-A2EE-F0EE5F761A32_1531333360.jpeg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Femida.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 409