Goranboyda maşın aşıb, xəsarət alan var


03:28     12 İyul 2018 Qeza2.jpg

Goranboyda yol qəzası baş verib.

Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobil hərəkətdə olarkən təkəri partlayıb və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Musayeva Gülhər xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 417