Putin səfərbərlik əmri verdi: 150 minlik ordu toplanır

Putin səfərbərlik əmri verdi: 150 minlik ordu toplanır


01:12     02 Oktyabr 2015 Russia-Putin_3151917b1.jpg

Rusiya prezidenti Vladimir Putin 150 minə yaxın Rusiya vətəndaşının orduya çağırılması barədə göstəriş verib.


Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.

Putinin verdiyi fərmana əsasən, 1 oktyabr-dan 31 dekabra kimi hərbi xidmətə 147,1 min şəxsin hərbi xidmətə çağırışı həyata keçiriləcək.

Rusiyanın ordu sıralarına 18-27 yaş qrupuna aid vətəndaşlar səfərbər ediləcək.

Qeyd edək ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayıb. İŞİD terror təşkilatının bazalarını hədəf alan Rusiya ordusu çox sayda əraziyə havadan bomba yağdırıb.

Açar sözlər:

Oxunub: 882