Nardaranda kütləvi dava: Bıçaqlanan var


13:04     12 İyul 2018 11dava%20polis.jpg

Bakıda kütləvi dava olub.


Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Gecə saatlarında “Dəniz yolu” adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.

Açar sözlər:

Oxunub: 2208