Sürücü piyadanı vurub hadisə yerindən qaçdı


13:12     12 İyul 2018 piyada5.jpg


Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

Binəqədi qəsəbəsindəki "Orxan" marketin önündə təxminən 40-45 yaşlı kişini avtomobil vurub. Piyadanın vəziyyətinin ağır olduğunu görən sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.

Femida.az

Açar sözlər: #piyada   #sürücü   #hadisə  

Oxunub: 374