Londondan Mumbaya uçan təyyarə Bakıda məcburi eniş etdi
15:11 12 İyul 2018
"British Airways" aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.
Femida.az "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir ki, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.
Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.
Femida.az
Oxunub: 605
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib"
- Pelosinin təyyarəsinin uçuşunu rekord sayda insan izləyib
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 təyyarəsi və 1 helikopteri məhv edilib"
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir