Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib +VİDEO
15:24 12 İyul 2018
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.
Teatrdan Femida.az-a verilən məlumata görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.
Nina Abdullayeva (Berberova) “Şir evdən getdi”, “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”, “Oğlan, qız və şir”və s. filmlərdə çəkilən “Kinq” adlı şirin sahibi olub.
80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.
Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.
“İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə “Kinqi” öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.
Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona “Kinq II” adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də “Kinq II” Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib.
Aldığı xəsarətlərə görə 1980-ci ildən ömrünün axırına qədər həkim nəzarətində olub.
Mərhumla vida mərasimi bu gün 14:00-da T. Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Femida.az
Oxunub: 3270
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ukrayna hərbçiləri Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- “Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Əsirlikdə ən qorxulu anlar yaşayan Afiq görün nələr danışdı - Əsirlik həyatı