İrandan narkotikli yuyucu toz gətirən şəxs saxlanıldı


15:52     12 İyul 2018 2018/07/hebs-cinayet-polis_1531200307.jpg

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #İran   #Narkotik   #Polis   #Gömrük  

Oxunub: 511