Təmir olunan evdən silah-sursat tapılıb

Təmir olunan evdən silah-sursat tapılıb


16:38     12 İyul 2018 silah%20sursat17.jpg

Bakı şəhərində təmir olunan evdən silah-sursat tapılıb.




Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 10-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı silah, 7 ədəd patron darağı və 219 ədəd patron aşkar edib. O, tapdığı silah-sursatı 4-cü Polis Şöbəsinə təhvil verib.

Femida.az

Açar sözlər: #DİN   #Polis   #Binəqədi  

Oxunub: 264