Ölkəyə maşın idxalı 3 dəfə artıb
17:17 12 İyul 2018
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 9 588 ədəd avtomobil idxal olunub.
Femida.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 105 ədəd və ya 2,75 dəfə artıb.
Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
- Ölkəyə ət idxalı azalıb
- Ölkəyə tapança keçirmək istədilər
- Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alındı
- Ölkəyə külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
- Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər yaxalanıb - RƏSMİ
- Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
- Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı