Deputatın oğlu məhkəmədə ifadə verib
18:01 12 İyul 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.
Femida.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Həbib Axundov ifadə verib.
H. Axundov qeyd edib ki, E.İbrahimov Fərman Məmmədovdan iş qurmaq adı ilə 450 min manat pul alıb: "Iş qurulmaq üçün bu məbləğ alınıb. Mən də həmin məbləğə zamin durmuşam. Fərmanın başqa vaxt Elnura verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Fərmanın özünə 125 min manat pul qaytarmışam".
Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verdiyini bildirib.
Proses gələn həftə davam edəcək.
E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib.
İttihama görə, E.İbrahimov 2013-cü ilin əvvəlindən zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadıb, ümumilikdə zərərçəkmişlərin 1 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.
Zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir