Qaradağda məcburi köçkünlərlə görüş olub
18:14 12 İyul 2018
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində qəzalı binalarda, yararsız tikililərdə, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasını davam etdirir.
Bu barədə Femida.az-a Dövlət Komitəsindən məlumat verilib. Dövlət Komitəsinin sədri bu məqsədlə Bakının Qaradağ rayonunda qamış tipli üçmərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb.
Dövlət Komitəsinin sədri onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb. Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- Aİ Ukraynadan olan qaçqınlar üçün 17 milyard avro ayırır
- Rusiya ordusu qaçqınların olduğu avtobusu atəşə tutub
- BMT: Ukraynalı qaçqınların sayı 1,5 milyonu ötüb
- Ukraynadan olan qaçqınlar Avropada üç ilə qədər qala biləcəklər
- Avropa Məhkəməsinin qaçqınlarla bağlı qərarları Azərbaycan dilində dərc olunub
- İrəvanda aksiya: "Qaçqınlar" 2 aydır hökumətdən pul ala bilmir
- ABŞ xəstəliyə görə əfqan qaçqınların qəbulunu dayandırdı
- “Qaçqınkom”dakı pozuntular aşkarlanıb - Baş Prokurorluq araşdıracaq
- "Qaçqınkom" sədri Almaniya səfiri ilə məcburi köçkünlərin qayıdışını müzakirə edib