Müsəlmanları təhqir edən erməni partiyadan qovulacaq

Müsəlmanları təhqir edən erməni partiyadan qovulacaq


02:30     02 Oktyabr 2015 xristian.jpg

Müsəlmanlar pis, işə yaramaz, xristian düşməni və separatçıdırlar.


Femida.az xəbər verir ki, bunu Feysbukda Alman Xristian Demokrat Partiyasının (CDU) üzvü, erməni əsilli Madlen Vartiyan yazıb. O, müsəlmanlara qarşı çirkin böhtanlar atıb.

“Radikal və mülayim müsəlmanlar arasında heç bir fərq yoxdur. Hər bir müsəlman əslində radikaldır. Onların çoxu xristian düşmənidir”, - deyə Vartiyan statusunda yazıb. Onun bu sözləri Almaniyada ajiotaja səbəb olub. Erməni siyasətçi yazdığı statusu silmək məcburiyyətində qalıb. CDU-nun sədri Bernd Petelkau isə Vartiyanın ictimaiyyətdən üzr istəyəcəyini və partiyadan qovulacağını bildirib.

Açar sözlər:

Oxunub: 757