Müəlimlərin işə qəbul imtahanlarının tarixləri açıqlandı


19:09     12 İyul 2018 18_07_12_1531393799.jpg

Azərbaycanda müəlimlərin işə qəbulu üzrə test imtahanlarının iyul ayının 16-dan 31-dək keçirilməsi nəzərdə tutulur.

Femida.az
-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, imtahanlar bitdikdən sonra müsabiqənin növbəti mərhələsi - vakant yerlərin seçimi prosesi başlanacaq:

“Avqust ayının ikinci yarısında artıq bütün prosesin tam olaraq yekunlaşması nəzərdə tutulur. Amma bu, tam olaraq müəllimlərin işə qəbulu prosesinin yekunlaşması demək deyil. Belə ki, müsabiqə yalnız müddətsiz müqavilə ilə işə qəbul üçün həyata keçirilmir. Çünki müsabiqə nəticəsində toplanılan bal əsasında heç bir vakansiya ilə təmin edilməyən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbulu da həyata keçiriləcək. Ona görə də bütövlükdə bu proseslərin zəncirvari olaraq, növbəti tədris ilində başa çatması ehtimal edilir”.

Femida.az

Açar sözlər: #müəllim   #iş   #qəbul   #nazirlik   #təhsil  

Oxunub: 680