Bakıda metronun hərəkəti bərpa edildi


21:12     12 İyul 2018 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg

"Avtovağzal" və "Memar Əcəmi 2" metrostansiyaları fəaliyyətini bərpa edib.

Bunu Femida.az-a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

Saat 16:30-da gərginlik bərpa olunub və hər iki stansiyada qatarlar hərəkətini bərpa edib.

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 519