Elmar Məmmədyarov və Zakir Həsənov ABŞ-lı həmkarları ilə görüşdü
21:22 12 İyul 2018
Bu gün NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.
Azərbaycan XİN-dən Femida.az-a verilən məlumata görə, görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.
Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.
Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Nazir Elmar Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.
Xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət etdilər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.
Femida.az
Oxunub: 605
Oxşar xəbərlər
- Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
- Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
- Elmar Məmmədyarov DTX-yə müraciət etdi
- Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək
- Elmar Məmmədyarov avstriyalı nazirlə görüşüb
- Elmar Məmmədyarov Polşanın yeni səfiri ilə görüşüb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb