Binali Yıldırım Türkiyə parlamentinə sədr səçildi
23:32 12 İyul 2018
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Femida.az xəbər verir ki, onun lehinə 335 deputat səs verib.
Parlament sədri vəzifəsinə AKP B.Yıldırımın, müxalif Cümhuriyyət Xalq Partiyası İstanbuldan olan millət vəkili Erdoğan Toprakın, Xalqların Demokratik Partiyası Siirtdən seçilən deputat Meral Danış Beştaşın, İYİ Partiya İstanbuldan olan millət vəkili Hayrettin Nuhoğlunun və Səadət Partiyası isə İstanbulu təmsil edən deputat Cihangir İslamın namizədliyini irəli sürmüşdü.
Türkiyə Konstitusiyasına əsasən, Məclis sədri seçilmək üçün I və II turda 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmasa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.
I turada B.Yıldırım 331, E.Toprak 134, M.D.Beştaş 65, H.Nuhoğlu 43, C.İslam isə 4 səs toplayıb. Namizədlərdən heç biri lazım olan 400 səsi qazana bilmədiyinə görə parlament sədrini birinci turda seçmək mümkün olmayıb.
Səsvermənin II turunda B.Yıldırıma 336, E.Topraka 131, M.D.Beştaşa 65, H.Nuhoğluna 42, C.İslama isə 3 səs verilib.
Ona görə də III tur keçirilib. B.Yıldırım III turda 335 səs toplayıb. E.Topraka 135, M.D.Beştaşa 63, H.Nuhoğluna 40, C.İslama isə 5 deputat səs verib. 6 bülleten etibarsız sayılıb.
Femida.az
Oxunub: 536
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib