Bu şəxslər təhsil haqqından azad olunur
01:14 13 İyul 2018
"Peşə təhsili haqqında" qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Qeyd edək ki, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, 2020-ci ilədək peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, "Peşə təhsili haqqında" Qanunda yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına köməklik göstərilməsi nəzərdə tutulur.
İlk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud gənclər üçün "Soyuducu qurğuların maşinisti" ixtisası üzrə qrup açılıb və 9 tələbə inklüziv təhsil alıb. Növbəti tədris ilində digər peşə təhsili müəssisələrində də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müxtəlif ixtisaslar üzrə qrupların açılması nəzərdə tutulur.
Femida.az
Oxunub: 11207
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- BSU-nun tələbəsi vəfat edib
- Qəbələdə tələbə tüfənglə özünü öldürüb
- Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur
- Azərbaycanda 22 yaşlı əlaçı tələbə qəflətən vəfat edib
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
- Neftçalalı tələbənin Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilir