Yediyimiz meyvələrin bilmədiyimiz faydaları

Yediyimiz meyvələrin bilmədiyimiz faydaları

21:44     12 İyul 2018 18_07_12_1531417533.jpg


Meyvə gündəlik qida rasionumuzun vazkeçilməzidir. Xüsusən də meyvənin bol olduğu yay dövründə bir çox faydalarından yararlana bilərik. Eyni zamanda bəzi meyvələr artıq çəkidən də qurtulmağa kömək edir.


Banan

Tərkibi potasiumla zəngindir. Arıqlamaq üçün pəhrizlərdə istifadə edilir. Eyni zamanda əzələ ağrılarının da qarşısını alır. Tərkibində kalori miqdarı çox olduğu üçün uzun müddət tox qalmağa, əzələləri bərpa etməyə yardımçıdır.

Armud

Armud həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda insanı uzun müddət tox saxlayır. Arıqlamağa kömək etməklə yanaşı tərkibi C vitamini ilə zəngindir. Xolesterolun miqdarını və şəkərli diabet riskini azaldır.

Qarpız

Pəhriz üçün faydalıdır. Qarpızın 90%-i sudan ibarətdir və 100 qramında cəmi 30 kalori var. Orqanizmdə yağın yandırılmasına kömək edən arjinin adlı amin turşusu ilə zəngindir. Yayda qarpız yemək orqanizmin suya olan tələbatını ödəyir.

Alma

Hər mövsümdə pəhrizin vazkeçilməz meyvəsidir. Normal almada 50 kalori var. Tərkibində yağ və soda yoxdur. Qəbz məsələsində də kömək edir. İmmunitet sistemini gücləndirir. Vücudun nəmliliyini artırır, su ehtiyacını ödəyir və uzun müddət tox qalmağa kömək edir./Ölkə.Az

Femida.az

Açar sözlər:

Oxunub: 310